Cəlilabad-Yardımlı yolunda böyük təhlükə - evlər dağıla bilər

İntensiv yağıntılardan sonra Cəlilabad -Yardımlı avtomobil yolunda sürüşmə zonaları yenidən aktivləşib. Avtosfer.az apa-ya istinadən bildirir ki, ən təhlükəli vəziyyət yolun Zəhmətabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, əsasən dağ yamaclarından keçən avtomobil yolunun ayrı-ayrı ərazilərində yağış-qar sularının gölməçə halında toplanaraq çatlara dolması vəziyyəti daha da çətinləşdirib. Ərazidə torpaq qatının, demək olar ki, hər gün genişlənərək dərəyə doğru hərəkət etməsi yaxınlıqdakı evlər və təsərrüfatlar üçün də təhlükə yaradıb.
Yerli sakinlərin sözlərinə görə, təkcə son günlər burada yol yatağı bir metrə yaxın çöküb. Yağıntılı günlərdə yoldan keçən nəqliyyat vasitələri çətinliklərlə üzləşirlər.
Mövcud vəziyyət rayonun yerli icra strukturların gündəmindədir. Yolda nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədilə çökmüş ərazilərə çınqıl, daş və torpaq tökülüb. Sürüşmə ərazisinin aktivliyi isə aidiyyəti qurumlar tərəfindən daim nəzarətdə saxlanır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












