Cəlilabadda avtomobil körpüdən çaya düşdü: xəsarət alanlar var - FOTO

Cəlilabad rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 140-cı km-də, Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, Masallı rayon sakini, 1962-ci il təvəllüdlü Əzizov Ziyadxan Adıbala oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Mişarçaya düşüb. Nəticədə sürücü və sərnişini, 1973-cü il təvəllüdlü Teymurova Tofiqə Kamil qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB Cəlilabadda baş verən yol qəzası ilə bağlı açıqlama verib.
Avtosfer.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, bu gün saat 20:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan 1962-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın küt travması, alın nahiyəsinin sıyrılmış yarası, döş qəfəsinin sol yarısının küt travması, sağ əlin sıyrılmış yarası, 1973-cü il təvəllüdlü (qadın cinsli) şəxsə isə üzün küt travması, üst dodağın cırılmış yarası, sağ bazunun, saidin küt travması və qançırı diaqnozları təyin edilib.
Xəsarət alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyətləri kafi olaraq qiymətləndirilir.
***
Cəlilabadda avtomobil körpüdən çaya düşüb, xəsarət alanlar var.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin çaya düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi














