Cəlilabadda baş vermiş yol qəzasında yaralananların DURUMU AÇIQLANIB - YENİLƏNİB + VİDEO

Cəlilabad şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanların durumu açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosunun sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 21:00 radələrində avtomobil qəzasında xəsarət almış üç nəfər xəstəxananın Təcili yardım şöbəsinə yerləşdirilib.
Onlardan 1981-ci il təvəllüdlü qadına başın küt travması, başın təpə nahiyəsinin cırılmış yarası, sağ tərəfli alının və üzün sıyrılmış yaraları, hər iki yuxarı ətrafın sıyrıqları, qarının küt travması, 1974-ci il təvəllüdlü kişiyə başın küt travması, alının sol almacıq nahiyəsinin, çənə nahiyəsinin əzilmiş, cırılmış yaraları, 1992-ci il təvəllüdlü kişiyə qarnın küt travması, qarnın daxili orqanlarının zədələnməsi diaqnozu təyin edilib.
1974-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.
Digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
21:29 ------------------------
Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı iki nəfər yaralanıb.
Hadisə Cəlilabad şəhərinin mərkəzində qeydə alınıb.
Belə ki, "VAZ 21011" markalı minik avtomobili ilə "Chevrolet Cruze" markalı minik avtomobilinin toqquşması nəticəsində azı iki nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. ("Report")
Moskvada Azərbaycan səfirliyinin avtomobili qəzaya düşüb - FOTO
Azərbaycanda QƏZA: 1000-dən çox abonent QAZSIZ QALDI
Bakıda AĞIR QƏZA: Avtomobildə sıxılı vəziyyətdə qalan qadın XİLAS EDİLDİ - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edən sürücü qəza törətdi; maşın duracağa, özü isə... - VİDEO
Kürdəmirdə dəhşətli anlar: Yaşlı kişi yük maşınının altında qaldı - ANBAAN VİDEO
“Bağırov” körpüsünün üzərində qəza - Borular yola dağıldı - VİDEO
Prospektdə qəza: “Chevrolet” və “Nissan” toqquşdu - VİDEO
Yük maşını dayanmış avtobusu belə vurdu - DYP görüntüləri yaydı - VİDEO
Salyanda qəzaya düşən avtomobil YANDI - VİDEO - YENİLƏNİB
Sürücü sükanda yuxuladı - “Kamaz” marşrut avtobusuna çırpıldı - FOTO - YENİLƏNİB
Bakıda qəza - Ölən var










