Cəlilabadda idarəetmədən çıxan yük maşını qəzaya düşdü - VİDEO
Qəzalar
22 Oktyabr 2025 18:18
Oxunub 332

Cəlilabad rayonu, Sabirabad kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 20-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “DAF” markalı yük maşını yoldan çıxaraq qəzaya düşüb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ














