Cəlilabadda iki maşın toqquşdu: 5 yaralı

Cəlilabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Qarazəncirli kəndində iki minik maşınının toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Yaralılar Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxslər Masallı rayonunun Güllütəpə kənd sakinləri, 1991-ci il təvəllüdlü Nicat Höccət oğlu Manafov, 1989-cu il təvəllüdlü Şəlalə Mamed qızı Manafova, 1967-ci il təvəllüdlü Əli Xanlar oğlu Əliyev, 1970-ci il təvəllüdlü Dürdanə Həsənbala qızı Manafova və 1987-ci il təvəllüdlü Qədir Akif oğlu Nəsirovdur.
Məlumata görə, onlardan Dürdanə Manafovanın vəziyyəti daha ağırdır. O, kəllə - beyin travması alıb. Qəzaya dumanlı hava şəraitinin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












