Cəlilabadda "Kamaz" və "İsuzu" markalı yük maşınları toqquşdu - FOTO - VİDEO

Qəzalar 28 May 2020 01:21 Oxunub 2332
Cəlilabadda "Kamaz" və "İsuzu" markalı yük maşınları toqquşdu - FOTO  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İsuzu"nun sürücüsünün vəziyətinin ağır olduğu bildirilir

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib. Qəza hadisəsi köhnə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. "KamAZ" ilə "İsuzu" markalı yük avtomobilləri toqquşub. Nəticədə 3 nəfər - hər iki maşının sürücüləri və bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, 15-BJ-114 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobilin sürücüsü Masallı rayon Gəyəçöl kənd sakini, 1994-cü il təvəllüdlü Müşviq Cəmşid oğlu Almaslı, 99-LH-520 dövlət nömrə nişanlı "İsuzu"nun sürücüsü, Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Arzuman oğlu Əzimzadədir. "İsuzu"nun sürücüsünün vəziyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh