Cəlilabadda toy karvanında qəza: Xəsarət alan şəxs xəstəxanada ölüb - FOTO - VİDEO (YENİLƏNİB)

Cəlilabadda toy maşınının qəzaya uğraması nəticəsində yaralanan şəxs xəstəxanada ölüb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev həkimlərin səyinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə bu gün Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb. Belə ki, bəy maşını olan "BMW" markalı minik avtomobili "VAZ-21015" markalı minik avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ-21015"in sərnişini, ağır xəsarət alan 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev maşında sıxılı vəziyyətdə qalıb. O, FHN-in Cəlilabad Rayon Hissəsinin xilasediciləri tərəfindən xilas edilərək, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
**
Cəlilabadda toy karvanı qəzaya səbəb oldu.
Avtosfer.az xəbər verir ki, hadisə Cəlilabad rayonununu Uzuntəpə kəndinə birləşdirən əsas magistral yolda baş verib.
Belə ki, bəy maşını "VAZ-21015" markalı minik avtomobilini vurub.
Nəticədə bir nəfər ağır bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. İlkin məlumata görə toy karvanında bəy-gəlin maşınını elə bəyin özü idarə edirmış.
Hadisə ilə bağlı araşdırma aparılır.
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi













