Cəlilabadda yol qəzası baş verib: 5 nəfər xəsarət alıb

Cəlilabad rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün, axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Lənkəran sakini, 38 yaşlı Fikrət Akif oğlu Orucov idarə etdiyi “Mersedes” markalı avtomobil ilə hərəkətdə olarkən qəfil bəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı divar maneəyə çırpılaraq əzilib. Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər - Bakı şəhər sakinləri - 27 yaşlı Məmmədağa Cəfər oğlu Ramazanov, 28 yaşlı Elşən Vahid oğlu Hüseynzadə, 28 yaşlı Rizvan İbrahim oğlu Cabbarov, 27 yaşlı Ceyhun Səfər oğlu Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












