Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Qəzalar 14 Mart 2026 18:48
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəlilabad şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektində “Hyundai” və “VAZ-2106” markalı iki avtomobil toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, avtomobillərdə deformasiyalar yaranıb.

Hadisə zamanı nəqliyyat vasitələrində olan şəxslər yüngül xəsarətlər alıblar.

Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır.

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh