Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Cəlilabad rayonunda baş verən yol qəzasında yaralananların vəziyyəti açıqlanıb.
TƏBİB-dən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 20:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan 1986-cı il təvəllüdlü (qadın cinsli) şəxsə alın və burun nahiyəsinin əzilmiş sıyrıqları, 2006-cı il təvəllüdlü (kişi cinsli) şəxsə sağ dizin əzilmiş, sıyrılmış yarası, sağ qapaqaltı nahiyənin əzilməsi, 2011-ci il təvəllüdlü (qadın cinsli) şəxsə isə sağ almacıq, burun arxası əzilmiş hematoma yaraları, boyun və sol topuq nahiyəsinin əzilmiş yaraları diaqnozu təyin edilib.
Xəsarət alanların vəziyyəti kafi olaraq qiymətləndirilir.
***
Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub. Avtosfer.az-ın məlumatına görə, hadisə nəticəsində yaralanan şəxslər 1986-ci il təvəllüdlü Aidə Hüseynova, 2006-ci il təvəllüdlü Ayaz Hüseynov və 2011-ci il təvəllüdlü Nuray Hüseynovadır.
***
Cəlilabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın verdiyi xəbərə görə, hadisə yeni Ələt–Astara magistralında Cəlilabad rayonu ərazisində baş verib. Astara istiqamətində hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












