Daha bir ağır yol qəzası, yaralılar var

Cəlilabad rayonunda ağır yol hadisəsi baş verib. Avtosfer.az ans press-ə istinadən məlumatına görə, səhər saat 6 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində Alar kənd sakini Bahəddin Salayevin idarə etdiyi "Vaz 21 06" markalı avtomobillə, Qazax rayon sakini İlqar Cəfərovun idarə etdiyi "Ford Tranzit" markalı kiçik həcmli yük avtomobili toqquşub.
Zərbənin təsirindən "Ford" markalı avtomobil bir neçə dövrə vuraraq yol kənarına düşüb. Hadisə zamanı ölüm faktı qeydə alınmasa da, qəza nəticəsində "VAZ 21 06" markalı avtomobilin sürücüsü Bahəddin Salayev ağır yaralanıb.
O, ağır xəsarətlərlə hadisə yerinə gələn təcili yardım avtomobili vasitəsilə Biləsuvar rayon xəstəxanasına aparılıb. Onun sərnişini olan qardaşı Şamxal Salayev və "Ford"un sürücüsü İlqar Cəfərov isə nisbətən yüngül xəsarət aldıqları üçün, onlara yerindəcə ilkin yardım göstərilib.
Hadisə şahidlərinin və "Ford" markalı kiçik həcmli yük avtomobilinin sürücüsünün dediyinə görə, qəzaya səbəb kolonla hərəkət edən stullarla yüklü avtomobillərin önündə gedən "VAZ 21 06" ötmə əməliyyatını həyata keçirərkən qarşı yola çıxıb və idarəetməni itirib.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












