Daha bir dəhşətli qəza xəbəri Şirvandan gəldi - ölən və xəsarət alan var - FOTO
Qəzalar
30 May 2020 17:27

Mikroavtobus “Şəhidlər xiyabanı”nın hasarına çırpılıb
Şirvanda baş verən qəzada ölən və xəsarət alanın kimliyi məlum olub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Ağayev Yaşar Bəkir oğlu idarə etdiyi “VAZ-2106” markalı 24 BC 805 dövlət nömrə nişanlı avtomobili qarşı tərəfin yoluna çıxararaq dönmə əməliyyatı edən şəhərdaxili marşrut üzrə işləyən 10 MZ 256 dövlət nömrə nişanlı mikroavtobusa çırpıb.
Nəticədə minik avtomobilində olan sərnişin Hacıqabul rayon sakini, 1998-ci il təvəllüdlü İsmayılov Fərid Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Digər sərnişin, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Həmidov Maşallah Məhərrəm oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Sürücü yüngül xəsarət alıb.
Qəza zamanı mikroavtobus “Şəhidlər xiyabanı”nın hasarına çırpılıb.
Hadisə yerinə FHN-nin Şirvan yanğından mühafizə xidmətinin xilasediciləri cəlb edilib. Ölən şəxsin sıxılmış meyiti deformasiyaya uğrayan avtomobildən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Şirvan rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub : 2332
DİGƏR XƏBƏRLƏR
22 Oktyabr 2026 14:00
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
22 Oktyabr 2026 12:48
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
22 Oktyabr 2026 10:54
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
22 Oktyabr 2026 10:00
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
21 Oktyabr 2026 18:00
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
20 Oktyabr 2026 21:39
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
20 Oktyabr 2026 16:48
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
20 Oktyabr 2026 11:41
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
20 Oktyabr 2026 11:30
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
20 Oktyabr 2026 10:44
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
19 Oktyabr 2026 18:30
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO
19 Oktyabr 2026 15:53
Yolda şou göstərən sürücü qəza törədib qaçdı; bir nəfər öldü - ANBAAN VİDEO
ŞƏRH YAZ












