Daha bir sürüşmənin qarşısı alındı

Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində baş vermiş çökmənin qarşısı alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində yolun çökməsi ilə yanaşı, sürüşmə də baş verib: "Artıq həmin ərazidə çökmüş yol bərpa olunub. Sürüşmənin təkrarlanacağı təqdirdə avtomobil yoluna ziyan vurulmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir".
Xatırladaq ki, bu il fevralın 27-də Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində sürüşmə baş vermişdi. Sürüşmə nəticəsində yolun bir hərəkət zolağı çökmüşdü.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












