Dairəni necə gəldi tərk edən qadın sürücü təlim maşınını vurdu - ANBAAN VİDEO

Paytaxtın Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza martın 23-də saat 13:00 radələrində Xəlil Rza Ulutürk küçəsində qeydə alınıb. Belə ki, 99-US-595 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobil təlim maşını kimi fəaliyyət göstərən digər “Hyundai” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Kadrlardan aydın olur ki, qəza dairəvi hərəkət təşkil olunmuş yolayrıcında baş verib. Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü yolayrıcını düzgün tərk etməyərək, sol zolaqda hərəkət etdiyi halda sağdan dairəyə daxil olan nəqliyyat vasitəsinə yol verməyib və nəticədə toqquşma baş verib.
Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəyib.
Qeyd edək ki, hər iki nəqliyyat vasitəsinin sürücüsü qadın olub.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinə əsasən, sürücülər dairəvi hərəkət olan yolayrıcına istənilən zolaqdan daxil ola bilərlər. Lakin yolayrıcını tərk edərkən sağ zolağa keçid edilməlidir. Bu qaydaya əməl olunmaması isə yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
Nərmin
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












