"Dalğa plaza"nın qarşısında üç maşın toqquşdu, biri qaçdı

Fevralın 1-də saat 06-50 radələrində Səbail rayonu, Mikayıl Useynov küçəsi 45 ünvanının qarşısında («Dalğa plaza»nın qarşısı) yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, Bakı şəhər sakinləri, 28 yaşlı Rüfət Sayad oğlu Xanlarovun idarə etdiyi, «Halliburton» şirkətinə məxsus "Subaru" markalı H 024952 dövlət nömrə nişanlı avtomobillə 37 yaşlı Elman Bayram oğlu Manafovun idarə etdiyi "Nisan" markalı 90 MR 861 dövlət nömrə nişanlı və naməlum nömrəli "Ford" markalı avtomaşının toqquşması nəticəsində "Subaru"da şərnişin qismində olan 27 yaşlı Rasim Şəmsəddin oğlu Rəhimov bel nahiyəsindən xəsarət alaraq «Siti Hospital»-a, "Nisan"da olanlar – sürücü Elman Manafov çanaq sümüyünün sınığı, sərnişinlər İlham Seyidağa oğlu Əliyev körpücük sümüyünün sınığı, Gündüz Abbas oğlu Həsənov sol çiyin və sol dizin əziyi və Mehman Telman oğlu Əkbərov sol qıbırğanın sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Onların vəziyyəti qənaətbəxşdir. "Ford" markalı avtomobil hadisə yerindən yayınıb.
Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.
Fərid
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












