Dəhşətli qatar qəzası: 100 ölü, 200 yaralı

Hindistanın şimalında Kanpur şəhəri yaxınlığında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, 200 yaralı var. Faciə məqamında qatarda 500-ə yaxın sərnişin olub. Faciə sərnişinlərin əksəriyyətinin yuxuda olduğu zaman baş verib. Hadisə yerində 250 xilasedici çalışır. Xilasedicilər hələ vaqonlardan birinə daxil ola bilməyiblər. Ona görə də faciə qurbanlarının sayının artacağı istisna deyil.
***
Hindistanın şimalında sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 116 nəfərə çatıb. Xilasedicilər qaranlığın düşməsinə baxmayaraq xilasetmə işlərini davam etdirirlər. “Report” NDTV telekanalına istinadən xəbər verir ki, qəza nəticəsində təqribən 200 nəfər xəsarət alıb. Xilasedicilər ölən və yaralananların sayının artacağını ehtimal edirlər. Çünki onlar qatarın relsdən çıxan bəzi vaqonlarının içərisinə hələ ki, daxil ola bilməyiblər.
İndor – Patna marşrutu üzrə hərəkət edən 14 vaqondan ibarət sərnişin qatarı şimal ştatı Uttar-Pradeşdə relsdən çıxıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












