Dəhşətli qəza: 5 ölü, 11 yaralı - VİDEO
Qəzalar
23 Fevral 2023 22:30
Oxunub 25110

Rusiyada, Samara vilayətində mikroavtobus qəzaya düşüb.
Kadrlardan görünür ki, "Qazel" metal yığınına çevrilib.
Telekanalın mənbəsinin məlumatına görə, qəza nəticəsində ikisi uşaq olmaqla beş nəfər ölüb. Daha 11 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin regional Baş İdarəsindən bildirildiyi kimi, fevralın 23-də səhər saatlarında Nefteqorsk rayonu ərazisində, M-5 "Ural" avtomobil yolunun 83-cü kilometrliyində üç minik avtomobili - sərnişin avtobusu, "Qazel" və yük maşını toqquşub.
Avtobusun Samaradan Orenburqa getdiyi, salonda 15 nəfərin olduğu məlum olub. Faciə ilə bağlı rayon prokurorluğu araşdırma aparır. (milli.az)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













