Dəhşətli qəza: “BMW” tanınmaz hala düşdü, üz sümükləri qırılan xanım sərnişin öldü - VİDEO
Qəzalar
28 İyul 2023 17:00
Oxunub 24822

Suraxanı rayonunun Hövsan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, dəhşətli qəza dünən axşam saatlarında qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomobil “Mitsubishi” markalı minik vasitəsiylə toqquşub. Hadisə nəticəsində “BMW” tamamilə sıradan çıxıb, digər avtomobil də müəyyən dərəcədə ziyan görüb. Qəza törədən sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə, avtomobildə olan sərnişin tanınmaz vəziyyətə düşüb. Belə ki, xanım sərnişinin üz sümükləri qırılıb və mərhum hadisə yerində son nəfəsini verib.
Qeyd edək ki, hadisəylə bağlı qəza bölgəsinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













