Banner

Dəhşətli QƏZA - İdarəetmədən çıxan avtobus yanğına girdi, 30-dan çox ölən var

Qəzalar 23 Noyabr 2022 13:09 Oxunub 1010
Dəhşətli QƏZA  - İdarəetmədən çıxan avtobus yanğına girdi, 30-dan çox ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nigeriyadnın Borno ştatında üç avtobusun toqquşması nəticəsində azı 37 nəfər həlak olub.

Avtosfer.az xəbər verir ki, bu barədə “AFP” nəşri hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, qəza Mayduquri şəhəri yaxınlığında baş verib. 

Belə ki, iki avtobusun toqquşması nəticəsində yanğın başlayıb.

Daha sonra üçuncü avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini yanan avtobuslara çırpıb.

Qəzaya səbəb kimi avtobuslardan birində təkərin partlaması və sürət həddinin düzgün seçilməməsi göstərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh