Dəhşətli qəza törədən məmura görün hansı cəza verildi

Ötən ilin 30 sentyabr tarixində Saatlı rayonu ərazisində “Vaz 2106” markalı avtomobillə ağır yol qəzası törətmiş 1984-cü il təvəllüdlü M. Əliyevə hökm oxunub.
Avtosfer.az pravda.az-a istinadən xəbər verir ki, nazirliklərdən birinin regional idarəsində məsləhətçi-müfəttiş vəzifəsində çalışan şəxsə 6 il həbs cəzası təyin edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, məhkəmə zalında həbs edilib. Bundan başqa, M. Əliyevin sürücülük hüququ da əlavə olaraq 4 il müddətinə məhdudlaşdırılıb.
Bildirilib ki, M. Əliyev hadisə baş verən gün sərxoş halda avtomobili təhlükəli idarə edib. Saatlı-Sarıcalar-Səmədkənd avtomobil yolunun Qıraqlı kəndindən keçən 2-ci km-də onun sürdüyü avtomobil manevr edərək Musavir adlı şəxsin sürdüyü “VAZ 2107”yə çırpılıb. Nəticədə digər avtomobildə olan 1987-ci il təvəllüdlü Xalıq Ağayev ölüb, həyat yoldaşı və övladları isə xəsarət alıb.
Hadisədən sonra məmur qəzanın baş verdiyi yerdən qaçıb.
O, məhkəmədə dövlət qulluqçusu olduğunu, hadisədə günahının olmadığını deyərək bəraət istəyib.
X. Ağayevin həyat yoldaşı isə ağır qəzaya səbəb olan M. Əliyevi bağışlamadıqlarını deyib.
Qeyd edək ki, hadisədən sonra M. Əliyev nazirliyin regional idarəsində tutduğu vəzifədən azad edilib.
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
Siyəzəndə qəza: Toqquşan yük maşınları yol kənarına düşdü - VİDEO
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
Beyləqanda AĞIR QƏZA: Avtomobil beton maneəyə çırpıldı










