Dəhşətli qəza törədən sürücüyə 8 il 6 ay həbs

Gəncə Ağır Cinayətlər Məhkəməsində dəhşətli yol qəzası törətməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Əkbər Qasımovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb. Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Ağdam rayonun rayonun Sarcalı kəndi ərazisində qeydə alınıb. Əkbər Qasımovun və Faiq Pənahovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Zərbə nəticəsində sürücülərdən biri - rayonun Çəmənli kənd sakini Faiq Pənahov sükan arxasındaca dünyasını dəyişib. Qəzada ölən sürücü Faiq Pənahovun taksi fəaliyyəti göstərirmiş.
Hər iki avtomobildə olan 36 yaşlı Niyaməddin Həsənov, 35 yaşlı Səma Xəlilova, 33 yaşlı Xəyalə Abdullayev, 25 yaşlı Əkbər Qasımov ağır xəsarət alıb.
İstintaq araşdırması zamanı yol qəzasının törədilməsində Əkbər Qasımov günahkar bilinib. Əkbər Qasımovun qəza törətdiyi avtomobil rayon sakini Ruslan Cəfərova məxsus olub.
Həmin vaxt Əkbər Qasımov avtomobili idarə edib. Bu zaman Ruslanda onun yanında əyləşib. O, sürət həddini aşaraq ağır qəza törədib.
Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 185.2.4-cü (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə ittiham edilib.
Məhkəmənin hökmü ilə Əkbər Qasımov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










