Dəhşətli qəza yolun bağlanmasına görə olubmuş

Dünən Bakı şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Zığ şosesində (beton yol) "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü, 1992-ci il təvəllüdlü Əliyev Fərid Möhübbət oğlu hadisə yerində vəfat edib. Digər avtomobilin sürücüsü 49 yaşlı Nəriman Əliyev, onun qızı, 30 yaşlı Afaq və 10 yaşlı nəvəsi Emil isə xəstəxanaya yerləşdirilib. İlkin araşdırma zamanı məlum olub ki, dünən səhərdən Zığ şosesinin bir zolağında hərəkət məhdudlaşdırılıb və yolun xətlərin rənglənməsi ilə bağlı avtomobillər gediş-gəliş üçün bir zolağa istiqamətləndirilib. Bu zaman sürət həddini düzgün seçməyən sürücülərdən biri maşını yüksək sürətlə üzbəüz gələn digər avtomobilə çırpıb və ağır qəza baş verib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, artıq yolda xətlərin rənglənməsi işləri başa çatdırılıb və hər iki istiqamətdə tam açıqdır.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












