Dəhşətli qəzada ölən Cavidin FOTOSU

Oktyabrın 30-na keçən gecə paytaxtın Binəqədi rayonunda marşrut avtobusu ağır qəza törədib.
Avtosfer.az xəbər verir ki, "Çinar Trans" MMC-nin istismarında olan 133 saylı xətt üzrə hərəkət edən avtobusun törətdiyi qəzada ölən Cavid Məmmədov özəl şirkətlərin birində çalışırmış.
Hadisə zamanı onun olduğu "Opel Corsa" markalı avtomobilin sürücüsü Azər Əyyubov da vəfat edib.
Bildirilir ki, hadisəni törədən "Karsan" markalı avtobusun sürücüsü Əkbər Mehdiyev saxlanılıb.
Belə ki, qəza zamanı onun idarə etdiyi avtobusla Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi məlum olub. Nəticədə avtobus yaşıl işıqla öz yoluna davam edən "Opel Corsa" markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan avtomobilin hərəkətdə olan "Changan" və "Hyundai Santa Fe" markalı avtomobillərə çırpılması nəticəsində zəncirvari qəza baş verib.
"Opel Corsa"nın sürücüsü Azər Mirzəxan oğlu Əyyubov və sərnişini Cavid Mahir oğlu Məmmədov qəza yerində həlak olub. "Changan"ın sürücüsü Babək Orucov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

(qafqazinfo)
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var












