Dəhşətli qəzada ölənlərdən biri qazi imiş - FOTO

Fevralın 4-ü gecə saat 00 radələrində Xəzər rayonu Qala-Zirə yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada həyatını itirən şəxslərdən biri – 39 yaşlı Rövşən Emin oğlu Hüseynov Vətən müharibəsi qazisi imiş. 2020-ci ilin oktyabrın 13-ü döyüşdə ağır yaralanan Rövşən 3-cü qrup əlilliklə ordudan təxris edilib.
Onun 2 azyaşlı övladı yadigar qalıb.
Qeyd edək ki, hadisə vaxtı Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 22 yaşlı Nazim Musayevin sükanı arxasında olduğu “Toyota Prius” markalı maşın toqquşub. Nəticədə “Saipa”da olan sərnişinlər - Polad Salmanov, Rövşən Hüseynov və “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.
“Toyota Prius”un sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanılıb.

Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












