Banner

Dəhşətli qəzada sürücü faciəvi şəkildə öldü , ailəsi xəstəxanalıq oldu - VİDEO

Qəzalar 9 Oktyabr 2023 19:50 Oxunub 1030
Dəhşətli qəzada sürücü faciəvi şəkildə öldü , ailəsi xəstəxanalıq oldu  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Naxçıvan şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, dəhşətli qəza oktyabrın 7-də saat 18:00 radələrində qeydə alınıb. Belə ki, 75-BH-431 dövlət nömrə nişanlı, “QAZ 31” markalı avtomobil, 71-BB-012 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yüksək sürət olub. Sürət həddini aşan “Mercedes” sürücüsü idarəetməni itirərək qarşı tərəfdən gələn “QAZ 31”ə çırpılıb. Nəticədə “QAZ 31”i idarə edən şəxs - 1988-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Süleymanov Azər əzilmiş avtomobildən çətinliklə çıxarılaraq xəstəxanaya aparılsa da yolda ölüb. Həmçinin maşında olan digər şəxslər - mərhumun həyat yoldaşı və uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Nərmin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh