Dəhşətli qəzada yaralananların son vəziyyəti - Adlar

Bu gün aeroport yolunda 160 saylı marşrut avtobusla “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində xəsarət alan şəxslərin adları müəyyənləşib. Bu barədə report-a Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib. Məlumata görə, xəstəxanaya gətirilən 21 yaralıdan 13 nəfəri evə buraxılıb. Ancaq 8 nəfərin - Məmməd Abbasov, Faiq Cabbarov, Şərəf Həsənov, Sergey Məcidov, Məlikməmməd Şükürov, Həsrət Hüseynov, Samirə Əliyeva, Zərintac Sadıqova xəstəxana şəraitində müalicəsi davam etdirilir.
***
3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumatına görə, xəstəxanaya yerləşdirilmiş 21 nəfər arasında ağır kəllə-beyin travması alan olmayıb. 3 nəfərə gips qoyulub, bir nəfərin çıxığı olub, onlara tibbi yardım göstərilib. Xəsarət alanların hamısına əsasən qabırğa sınığı və yumşaq toxumaların əzilməsi və sınması diaqnozu qoyulub.
Xatırladaq ki, bu gün Suraxanı rayonu ərazisində aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 160 saylı sərnişin avtobusunun “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşınla toqquşması nəticəsində avtobus aşıb.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












