Dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

Gecə saatlarında İsmayıllıda baş verən dəhşətli qəzada 7 nəfər ölüb, bir nəfər xəsarət alıb. Avtosfer.az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Topçu kəndi ərazisindən keçən hissəsində baş verib. 99-DF-907 dövlət nömrə nişanlı "Opel Zafira” markalı minik avtomobili qarşı tərəfdən gələn 99-AL-238 dövlət nömrə nişanlı "Toyota Prado” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələri deformasiyaya uğrayıb.
Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinin məlumatına görə, qəzada ölən 7 nəfərin meyiti tanınmaz hala düşdüyü üçün onlardan 3-ünün kimliyini hadisədən bir neçə saat sonra tam dəqiqləşdirmək mümkün olub. "Opel Zafira”da olan şəxslər-Şəki sakini 53 yaşlı Rahim Abbasov, Qax sakinləri-39 yaşlı Ruzigar Bayramov, 40 yaşlı Yaşar Kərimov, 19 yaşlı Rufanə Kərimli, eləcə də 3 yeniyetmə-Qax sakinləri 16 yaşlı Turanə Kərimzadə, 14 yaşlı Sahib Bayramov və 11 yaşlı Cavid Bayramov aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
"Opel Zafira”ya baxış zamanı oradan başqa 3 uşağın- Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlının məktəbli çantası tapıldığı üçün hadisə yerində işləyən aidiyyəti qurumların nümayəndələri ilkin ehtimal kimi həmin uşaqların öldüyü qənaətinə gəliblər. Tanınmaz hala düşmüş meyitlərin müayinəsi və onların yaxınlarının müraciəti əsasında uşaqların şəxsiyyəti daha sonra tam dəqiqləşdirilib. "Toyota Prado” nun sürücüsü olan və ağır xəsarətlər alan Böyük Britaniya vətəndaşının da adı məlum olub. Vilyam Henri adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












