Dəhşətli yol qəzası: 1 ölü, 6 yaralı

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Rayonun Mərkəzi Xəstəxanasından ans press-ə verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində Yevlax-Balakən-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal mərkəzi xəstəxanaya çatdırılıblar. Həmin şəxslər aşağıdakılardır:
1. İntiqam Allahverdi oğlu Bəkirov - 1991-ci il təvəllüdlü, Zaqatala rayonunun Qımır kənd sakini
2. Abdurrahman Nəzir oğlu Hacıyev - 2003-cü il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini
3. Zöhrə Nəzir qızı Hacıyeva - 1996-cı il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini
4. Sevil Aslan qızı Nəzirova - 1976-cı il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini
5. Mədinə Abdulla qızı Mustafayeva - 1964-cü il təvəllüdlü, Şəki rayonunun Aşağı Göynük kənd sakini
6. Gülnar Mais qızı Sadıqova - 1993-cü il təvəllüdlü, Şəki rayonunun Aşağı Göynük kənd sakini
Ölən şəxs isə 1932-ci il təvəllüdlü, Zaqatalanın Qazangül kənd sakini Hacıyeva Pərixan Əhməd qızıdır.
Faktla bağlı araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












