Dəhşətli yol qəzası: 7 ölü, 2 yaralı

Çeçenistanın "Qafqaz" magistralında baş vermiş ağır yol qəzasında 7 nəfər ölüb. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Çeçen Respublikasının rəhbəri Ramzan Kadırov özünün "Instagram" səhifəsində yazıb.
O, bildirib ki, qəzaya səbəb "Ford" avtomobilinin sürücüsünün sərxoşluğu olub. "İlkin məlumata görə, qəzada "Ford" avtomobilinin sürücüsü təqsirkardır. Şahidlərin sözlərinə görə, o, sərxoş imiş". Kadırov qeyd edib ki, "Ford", "VAZ-21014" və "Priora" avtomobillərinin toqquşması zamanı "Ford"un sürücüsü, 10 və 14 yaşlı iki qız, həmçinin 1 qız və 3 kişi ölüblər. Bundan əlavə, qəzada təqsirkarlardan olan "Priora" avtomobilinin sürücüsünün 11 yaşlı oğlu da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qəzada ölmüş 5 nəfərin bir ailənin üzvü olduqları bildirilir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












