Dənizin dibindən ilk siqnal gəldi - Sirr pərdəsi açılır

"Egyptair" aviaşirkətinin "Airbus A320" təyyarəsindən gələn siqnalı təxminən iki həftə almaq mümkün olub. Avtosfer.az publika.az-a istinadən bildirir ki, siqnal Fransa gəmisi tərəfindən alınıb.
Aralıq dənizinin dərinliklərindən alınan siqnalın təyyarənin "qara qutu"sundan çıxdığı təxmin edilir. Misirli səlahiyyətlilər dənizin dibindən gələn siqnalın "qara qutu"ya aid olduğunu düşünürlər.
Qeyd edək ki, Parisdən Qahirəyə uçan "Egyptair" aviaşirkətinin "Airbus A320" (MS804 reysi) təyyarəsi mayın 19-da Yunanıstan hava məkanından çıxandan sonra radarlardan itib. Təyyarə Yunanıstan Karpatos adalarından 240-260 kilometr cənubda dənizə düşüb. Onun göyərtəsində 10 ekipaj üzvü olmaqla 66 nəfər var idi.
Təyyarə qəzasının səbəbi məlum olmasa da, müəyyən ehtimallar səslənir. Ən yüksək ehtimal isə təyyarənin terror aktının qurbanı olmasıdır. "Amaq" xəbər agentliyi (İŞİD terror təşkilatının media sözçüsü vəzifəsini daşıyır - red.) "Twitter" hesabından yaydığı açıqlamasında hadisəyə görə məsuliyyəti İŞİD-in üzərinə götürdüyünü bildirib.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












