Dənizində növbəti faciə - 240 ölü

Liviyadan İtaliyaya üzən 2 miqrant gəmisi Aralıq dənizində batıb. Avtosfer.az xəbər verir ki, qəza nəticəsində ümumilikdə 240 nəfər ölüb.
Məlumata görə, boğulanların cəsədi hələ ki, tapılmayıb.
BMT-nin sözçüsü Şarlotta Sami batan birinci gəmidən 29 nəfərin qurtulduğunu bildirib. Onun sözlərinə görə, gəmidə təqribən 120 nəfər olub: “Daha sonra əməliyyat-axtarış tədbirləri həyata keçirən əməkdaşlar dənizdə üzən iki qadını görüb. Qadınların dediklərinə görə, onları daşıyan gəmidə də təqribən 120 nəfər olub və hamısı itkin düşüb. Hər iki gəmidəki qaçqınların böyük bir qismi Afrikadan olub”.
Qeyd edək ki, bundan öncə də dəfələrlə miqrant gəmisi batıb və çoxlu sayda insan suda boğularaq can verib. Bu il Aralıq dənizində ölənlərin sayı 4220 nəfərə yüksəlib.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












