Deputat Fəzail Ağamalının oğlu maşınla adam vurub?

Avtosfer.az xəbər verir ki, yayılmış xəbərlə bağlı hadisəni törətdiyi bildirilən Yalçın Ağamalının qardaşı, millət vəkili Fəzail Ağamalının digər oğlu Elçin Ağamalı milli.az-a bildirib ki, bu məlumat tamamilə yanlışdır: "Qardaşım Yalçın Ağamalının avtomobili ilə hansısa piyadanı vurması və sonra da guya onu xəstəxanaya aparması ilə bağlı yayılmış xəbər yalandır. Qardaşım Yalçın Ağamalı, ümumiyyətlə, 15 günə yaxındır ki, Azərbaycanda yoxdur. Onun oğlu bir müddət əvvəl Türkiyədə universitetə qəbul olub. Bu səbəbdən hazırda orada övladının məişət məsələlərinin həlli ilə məşğuldur. Ona görə də yayılmış bu xəbər qardaşıma, ailəmizə qarşı atılmış böhtandır".
Onun sözlərinə görə, məsələ ilə bağlı ailə məhkəməyə müraciət edəcək: "Biz bu yalan xəbərin yayılmasına səbəb olmuş vəzifəli şəxslərin cəzalandırılması üçün müvafiq qurumların rəhbərliyinə, eləcə də onların və qərəzli yayıldığını bildiyimiz halda bu xəbəri yayan media qurumlarının məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət edəcəyik".
**
Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu "Jeep" markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub. Tibb Universitetinin qarşısında baş verən hadisə zamanı piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıblar. Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.
Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü - FOTO
Tovuzdakı qəzada həyatını itirən Fəridin FOTOsu
Macarıstanda avtobus qəzası - 12 ölü, 10-dan çox yaralı
Tovuzda yük avtomobili elektrik dirəyinə çırpıldı, SÜRÜCÜ ÖLDÜ
Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var
Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Altı avtomobil toqquşdu
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO










