Dərsdən qayıdan məktəbli qızı maşın vuraraq öldürüb

Sakinlər piyadanın vurulmasına etiraz olaraq ərazidə aksiya keçirmək istəyiblər. Bakının Yasmal rayonunda, dairəvi yolun Qanlı göl yaşayış massivi ərazisinə düşən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə 2002-ci il təvəllüdlü Qənbərova Sevinc İslam qızı avtobusdan düşərək sürət həddi 110 km/saat olan yolun digər tərəfinə keçmək istəyən zaman baş verib.
Bu zaman onu Məcnunzadə Çingiz Gündüz oğlu idarə etdiyi "99-LC-158" dövlət qeydiyyat nişanlı "Hyundai Azera" markalı avtomobillə vurub. Xəsarət alan qız xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb. Ç.Məcnunzadə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ardınca sözügedən yaşayış massivinin sakinləri yolda piyada keçidinin olmamısına etiraz əlaməti olaraq hadisənin baş verdiyi əraziyə toplaşıblar. Onların tələbi o olub ki, həmin ərazidə yerüstü piyada keçidi tikilsin. Sakinlər Post Patrul Xidmətinin əməkdaşları tərəfindən yoldan kənarlaşdırılıb.
Ölən S.Qənbərova 23 saylı orta məktəbin 10-cu sinif şagirdi idi. O, hadisə vaxtı məktəbdən evə qayıdırmış.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












