Banner

DİN Ağdaşdakı ağır yol qəzası ilə bağlı məlumat yaydı

Qəzalar 8 Fevral 2021 11:48 Oxunub 872
DİN  Ağdaşdakı ağır yol qəzası ilə bağlı məlumat yaydı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Ağdaş rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, fevralın 6-da saat 23 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində İ.Səbirlinin idarə etdiyi “Mercedes” və S.Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə S.Əhmədov və sərnişinləri olan qızı və anası hadisə yerində ölüblər.

Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh