Banner

DİN piyadanın ölümü ilə bağlı məlumat yaydı

Qəzalar 22 Noyabr 2022 00:06 Oxunub 1266
DİN  piyadanın ölümü ilə bağlı məlumat yaydı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Abşeron rayonu Novxanı-Binəqədi yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Noyabrın 21-də, saat 20 radələrində 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi "Sentra" markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb. 

Sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh