DİN 4 nəfərin öldüyü qəzalarla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Şabran və Qaradağ rayonlarında baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Avtosfer.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 4-də saat 03 radələrində Şabran rayonunun Gəndob kəndində Sumqayıt şəhər sakini Emin Əhmədovun idarə etdiyi “DAF” və Xaçmaz rayon sakini Ramazan Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə R.Hüseynov və sərnişini - Xaçmaz rayon sakini Ağarza Bədəlov hadisə yerində ölüb. İyunun 4-də saat 16 radələrində isə Qaradağ rayonunun Səngəçal qəsəbəsində Salyan rayon sakini Natiq Yəhyayevin idarə etdiyi “Daihatsu” və Şəmkir rayon sakini Ramin Əmiraslanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R.Əmiraslanovun sərnişinləri - anası Nanə və Şəmkir rayon sakini Röya Əmiraslanova hadisə yerində ölüblər.
Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












