DİN ağır qəzalarla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ölkə yollarında son sutka ərzində baş vermiş ağır qəzalarla bağlı məlumat yayıb. Avtosfer.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 11-də saat 21 radələrində Ağstafa rayonunun Qırlı kəndində Gəncə şəhər sakini Elsevər Kazımovun idarə etdiyi “Ford” və Ceyhun Əliyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə C.Əliyev hadisə yerində ölüb, E.Kazımovun 2 sərnişini xəstəxanaya yerləşdirilib. Bundan başqa aprelin 11-də saat 20 radələrində Bərdə rayonunun Divanlı kəndində Ağdam rayon sakini Pərviz Əliyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən rayon sakini Mətulə Musayevanı vurub. Xəstəxanaya yerləşdirilmiş M.Musayeva orada ölüb.
Hər iki faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Emin
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












