DİN-dən polis rəisinin düşdüyü qəza ilə bağlı açıqlama

Daxili İşlər Nazirliyi dünən Ağdaş rayonunda baş verən qəza ilə bağlı açıqlama yayıb. Avtosfer.az-ın verdiyi xəbərə görə, rəsmi məlumatda qeyd edilib ki, noyabrın 30-da saat 11 radələrində Ağdaş rayonunun Xosrov kəndi ərazisində İlham Cabbarlının idarə etdiyi “Nissan” və Ramiz Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə R.Abdullayev və sərnişinlərindən 3 yaşlı Cihan Sehirli hadisə yerində ölüb, digər bir sərnişini, habelə İ.Cabbarlının 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. Qəza nəticəsində Ucar rayon Polis Şöbəsinin rəisi, Qəbələ rayon sakini, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Polis şöbəsinin rəisi, polkovnik Etibar Abdıyevin qollarının sındığı və döş qəfəsinin əzildiyi, sürücüsünün isə yüngül xəsarət aldığı bildirilir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Emin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












