Diqqəti yolda olmayan sürücü dövlət qurumuna məxsus texnikanı belə vurdu - VİDEO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
NİİM-dən Avtosfer.az-a verilən məlumata görə, yollarda təmir-tikinti və təmizlik işləri aparılarkən bəzi sürücülərin diqqətsizlik etməsi səbəbindən yol-nəqliyyat hadisələri baş verir:
"Ötən gün axşam saatlarında Xəzər rayonu, Aeroport şosesində, aidiyyəti dövlət qurumunun əməkdaşları tərəfindən yolun təmizlənməsi işləri görülüb. Təhlükəsizliyi təmin etmək məqsədilə Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablosunda iş gedən zolağa “X” işarəsi qeyd edilməklə yanaşı, işi aparan qurumun xəbərdarlıq nişan lövhəsi qoyulmuş avtomobili təmizlik işi görən nəqliyyat vasitəsini müşayiət edib. Ancaq təəssüflər olsun ki, hərəkətdə olan minik avtomobillərindən biri diqqətsizlik edərək qeyd edilən nəqliyyat vasitəsinə çırpılıb. Qəza səbəbindən bir neçə dəqiqə mərkəz istiqamətində sıxlıq da yaranıb. Bu cür qəzaların olmaması üçün sürücülər yollarda diqqətli olmalı, təmir-tikinti, təmizlik, suvarılma işləri aparılarkən təhlükəsizlik, müvafiq istiqamətləndirici yol nişanların tələblərinə riayət etməlidirlər".
Şəmkirdə “Hyundai" ağaca çırpılıb, ölən və ağır xəsarət alan var - VİDEO
Qəbələdə buzlu yolda "Rang Rover" yol kənarına aşıb - VİDEO
Naxçıvanda "KIA" avtobusla toqquşdu - Xəsarət alanlar var
Şəmkirdə "VAZ" beton maneyə çırpıldı - FOTO
Avtomobil kanala düşdü - Ölən var
Keçiddən keçməyən 84 yaşlı piyadanı motosiklet vurub öldürdü - VİDEO
Zolağa baxmadan manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
Motosiklet yük maşınına çırpıldı - Rusiya vətəndaşı öldü
“Tofaş” piyadanı vurub avtoyuma məntəqəsinə atdı - Ağır qəza - VİDEO
Körpüdə ağır qəza baş verdi, iki qadın xəsarət aldı - YPX təcili müdaxilə etdi - VİDEO
Maşın qaz xəttinə çırpıldı, 5 kənd qazsız qaldı - FOTOLAR











