Diqqətsizlik edən sürücü yanacaq kalonkasını yerindən qopardı - VİDEO

Qəzalar 19 İyul 2024 11:06
Diqqətsizlik edən sürücü yanacaq kalonkasını yerindən qopardı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yanacaqdoldurma məntəqəsində baş verən hadisənin videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə 77-MR-381 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsünün diqqətsizliyi nəticəsində baş verib. Əldə olunan məlumata görə, sürücü yanacaq çənindən borunun çıxarılmasını gözləməyərək hərəkətə başlayıb. Bu zaman yanacaq kalonkasını yerindən qopararaq aşırıb. Xoşbəxtlikdən hadisə xəsarətsiz nəticələnib.

Qeyd edək ki, hadisə paytaxtın Heydər Əliyev prospektində yerləşən (Koroğlu metrostansiyasının yaxınlığındakı) "Azpetrol" yanacaqdoldurma məntəqəsində baş verib.

 

Fərid

Oxunub : 3190
ŞƏRH YAZ
Ad

E-mail

Şərh