Dönərxanada işləyən gənc icarəyə götürdüyü avtomobillə qəzaya düşərək ÖLDÜ - VİDEO - YENİLƏNİB

Binəqədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən şəxsin kimliyi məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat verib.
O bildirib ki, "Hyundai" markalı avtomobilin yol kənarında dayanan sərnişin avtobusuna çırpılması nəticəsində bir nəfər həyatını itirib:
"Mirqafar Natiq oğlu Süleymanov idarə etdiyi 77-QE-239 dövlət nömrə nişanlı "Hundai" markalı avtomobil ilə yolun kənarında dayanmış sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində sürücü - Mirqafar Natiq oğlu Süleymanov vəfat edib. Faktla bağlı araşdırma aparılır".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 30-da saat 09:20-də Binəqədi rayonu, 6-cı Mikrorayon, Svetlana Məmmədova küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar çağırış daxil olub. Hadisə yerində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
***14:41
Binəqədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən gəncin avtomobili icarəyə götürdüyü və dönərxanada köməkçi işlədiyi məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-yə mərhumun işlədiyi obyektin sahibi məlumat verib. Onun sözlərinə görə, sözügedən şəxsin 24 yaşı var idi və evin tək oğlu idi.
Hadisə şahidi bildirib ki, mərhumu maşından çıxarmağa cəhd etsələr də buna müvəffəq ola bilməyiblər:
"Səhər saatlarında güclü bir səs eşitdik. Avtomobildə sıxılıb qalan gənci çıxarmağa çalışaq da, alınmadı. Təcili tibbi yardım gəldi, dedilər ki, ilkin yardım göstərmək üçün sürücünü maşından çıxarmaq mütləqdir. Mən də dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "102" qaynar xəttinə zəng etdim".
Daha ətraflı süjetdə:
Gəncədə ağır yol qəzası baş verdi - Evakuator "Mercedes"in üstünə çıxdı - FOTO
Orta yaşlı qadın sürücü 70 yaşlı qadını vurub yerə çırpdı - VİDEO
Kürdəxanıda “Renault” və “Khazar” toqquşaraq yararsız hala düşdü - VİDEO
Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu - FOTO
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO









