Dörd yaşlı qızı öldürən sürücü hökm oxunanda huşunu itirib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rahim Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış edib. O, R. Hüseynovun talassemiya xəstəliyindən əziyyət çəkdiyini deyərək, ona şərti cəza verilməsini istəyib. Təqsirləndirilən şəxs son söz deyəndən sonra huşunu itirərək, yerə yıxılıb. Penitensiar Xidmətin əməkdaşları tərəfindən R.Hüseynova yardım göstərilib və onun vəziyyəti normallaşıb. Hakimlər hökm oxumaq üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, R.Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il iyunun 15-də saat 13 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Rahim Hüseynov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 4 yaşlı Nuranə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












