Dostu ilə zarafatlaşan sürücü onu maşınla vurdu - Goranboyda

Goranboy rayonunda idarə etdiyi avtomobili zarafatla dostunun üzərinə sürən sürücü onu vurub. Avtosfer.az xəbər verir ki, bu barədə Goranboy rayon Polis Şöbəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, Dəliməmmədli şəhərində baş vermiş avtoqəza zamanı piyada, 1985-ci il təvəllüdlü Tural Rüstəmov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Zərərçəkmişin atasının polisə verdiyi məlumata görə, hadisəni oğlunun dostu olan Sadiq adlı şəxs törədib. Belə ki, o, idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən zarafatla yol kənarında dayanan T.Rustəmovun üzərinə sürüb. Oğlu avtomobilin önündən qaça bilməyib. Dostunu vuran sürücü isə hadisə yerindən qaçıb.
Baş vermiş hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıblar - VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












