Dostunun öldüyü qəzada günahlandırılan sürücü həbs edildi

Gəncə Apellyasiya Məhkəməsində qəza törətməkdə təqsirləndirilən Sənan Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Avtosfer.az pravda.az-a istinadən xəbər verir ki, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 29 aprel 2024-cü il tarixdə, saat 23 radələrində Şəmkir rayonu, Kür qəsəbəsi, Sabir Hacıyev küçəsində qeydə alınıb.
Belə ki, sərxoş vəziyyətdə olan S.Quliyev tanışına məxsus BMW markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində sərnişin qismində olan dostu Alan Kirov aldığı xəsarətdən dünyasını dəyişib.
Hadisədən sonra S.Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətə azadlıqdan məhrum olunub və məhkəmə iclası zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Zığ şosesində hərəkət məhdudlaşdırıldı: SƏBƏB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB












