Dubayda baş verən qəza Ermənistanın PLANLARINI POZDU

Dubayda keçirilən aviaşouda pilot Namanş Sialın ölümünə səbəb olan qəzadan sonra Ermənistan 1,2 milyard dollara Hindistan istehsalı 12 “Tejas” döyüş təyyarəsinin alınması ilə bağlı danışıqları dayandırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri yazıb.
İrəvandakı mənbələr bildiriblər ki, qəzanın görüntüləri bütün proqrama dərhal texniki baxış keçirməyə vadar edib.
Məlumata görə, minlərlə tamaşaçının gözü qarşısında baş verən qəza Hindistanın ixrac ambisiyalarına ciddi zərbə vurub və Nyu-Dehlinin qlobal silah bazarındakı mövqeyini xeyli zəiflədib.
Qeyd edək ki, “Hindustan Aeronautics Limited” tərəfindən hazırlanmış 4,5 nəsil qırıcı HAL “Tejas” uzun müddətdir ki, büdcəsi məhdud olan ölkələr üçün əlçatan, texnoloji baxımdan adaptiv döyüş təyyarəsi kimi təqdim olunurdu. Təyyarələr Hindistan Hərbi Hava Qüvvələrində köhnəlmiş MiQ-21-ləri əvəz etmək üçün nəzərdə tutulub. İlk partiyanın yalnız 40-ı indiyədək çatdırılıb və Qərb sistemləri ilə təkmilləşdirilmiş A1 versiyası istehsal olunur./Musavat.com
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











