Dumanlı hava yol qəzasına səbəb olub - Cəlilabadda

Cəlilabad rayonunda dumanlı hava şəraiti yol-nəqliyyat hadisəsinə səbəb olub. "Report"un Aran bürosu xəbər verir ki, qatı duman Ələt- Astara magistralında avtomobillərin hərkətində çətinliklər yaradıb. Cənub rayonlarından Bakı istiqamətində hərəkət edən bəzi sürücülər görmə məsafəsi minuma endiyi üçün magistralın Cəlilabad rayonundan keçən hissəsində saatlarla yolda gözləməli olublar. Qatı dumanın müşahidə olunduğu müddət ərzində magistralın bəzi ərazilərində sürücülər sürət həddinin 40-dan da aşağa endirməklə hərəkət ediblər. Duman qəzaya da səbəb olub. “Landrover” markalı avtomobil Cəlilabad rayonunun giriş hissəsindəki döngənin beton dirəklərinə çırpılıb. Qəza zamanı ərazidə quraşdırılmış işıq dirəkləri də sıradan çıxıb. Hadisə zamanı sürücünü yüngül bədən xəsarətləri aldığı deyilir. Ümumilikdə isə dümanlı hava şəraiti səhər saatlarına kimi davam edib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












