Dünyanın ən bahalı avtomobil qəzası - 13 milyonluq zərərlə sonlandı

Avropa günlərdir bu yol qəzasından danışır. Dünyanın ən bahalı yol qəzası Avstriyada, İsveçrə yaxınlığındakı Pfunds dağ yolunda baş verib.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, ümumi zərəri təxminən 7 milyon İsveçrə frankı (təxminən 13 415 500 AZN) olan dörd lüks avtomobil boş yolda bir-birinə çırpılıb.
Qəza "McLaren Elva", "Ferrari LaFerrari", "Ferrari 812 Superfast" və "Bentley Continental GTC"nın iştirakı ilə baş verib.
Belə ki, "Ferrari 812 Superfast"ın sürücüsü günəş gözünü qamaşdırdığı üçün "Ferrari LaFerrari"yə çırpılıb. (Bu avtomobillərdən dünyada yalnız 499 nümunə var).
"LaFerrari" də qarşısında 1,7 milyon İsveçrə frankı dəyərində olan "McLaren Elva" ilə toqquşub. 300 min frank dəyərində 610 at gücünə malik olan "Bentley" də dayana bilməyib və qarşısındakı "Ferrari Superfast"a çırpılıb. Bildirilir ki, ən çox zərər "Ferrari LaFerrari" yə dəyib olub. Yaşları 40-52 arasında olan sürücülər xəsarət almayıb və hadisənin eşidilməsinə mane olmaq üçün böyük səy göstəriblər.
Lakin sosial şəbəkələrdə qəzanı əks etdirən foto yayılıb. Yolda lazımi təhlükəsizlik məsafəsinin qorunmaması səbəbindən baş verdiyi düşünülən qəza günlərdir sosial şəbəkələrdə danışılır.
(unikal)
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
Siyəzəndə qəza: Toqquşan yük maşınları yol kənarına düşdü - VİDEO
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
Beyləqanda AĞIR QƏZA: Avtomobil beton maneəyə çırpıldı










