Dustaq aparan zirehli mikroavtobus məktəb şagirdini vurdu - Bakıda

Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə məxsus dustaq aparan zirehli mikroavtobus məktəb şagirdini vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar Yaşayış Massivi ərazisində qeydə alınıb.
Belə ki, 255 nömrəli orta məktəbin şagirdi 2008-ci il təvəllüdlü Nəbiyev Tural Faiq oğlu özündən yaşca böyük bacısını gözləmədən avtobusla təkbaşına evə getmək istəyib. T.Nəbiyev yolu keçərkən onu "Mercedes" markalı mikroavtobus vurub. Ağır xəsarət alan yaralı hadisəni törədən sürücünün iş yoldaşlarının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Uşaq əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisəni törədən "Mercedes" markalı zirehli avtomobil Penitensiar Xidmətinə məxsusdur. Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə dustaq aparılırmış.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












