Düzgün ara məsafəsi saxlamayan sürücü “Hyundai”la toqquşdu - ANBAAN VİDEO

Paytaxtda baş vermiş yol qəzası anbaan avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-KE-766 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil, yolda dayanmış 10-KY-649 dövlət nömrə nişanlı “Hyundai” markalı maşınla toqquşub. Kadrdan da göründüyü kimi, “BMW”nin sürücüsü düzgün ara məsafəsi təyin etmədiyi üçün yolda dayanmış maşını qəfil görərək əyləci sıxsa da qəza qaçılmaz olur. Təbii ki, yolun hərəkət hissəsində (müəyyən hallar istisna) dayanmaq qadağandır. Lakin ara məsafəsi saxlamaq istənilən halda təhlükənin qarşısını alır. Əks halda qəzaya gətirib çıxarır.
Qeyd edək ki, hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Nərmin
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi - FOTO - VİDEO - YENİLƏNİB
Motosiklet avtomobillə toqquşdu - 19 yaşlı oğlan öldü
Sərxoş sürücü piyada keçidində ana və uşaqlarını vurdu – VİDEO
Qəfil maşının önünə çıxan piyada qəzaya səbəb oldu - ANBAAN VİDEO
Qarlı havada iki “VAZ” toqquşdu, biri dərəyə düşdü - VİDEO
Qaraçuxurda qəza: “Nissan”la toqquşan “Chevrolet” aşdı - VİDEO
Buzlu yolda sürüşən maşın aşdı - VİDEO
Atyalında yük maşını 3 avtomobilə dəydi, biri marketə çırpıldı - VİDEO
Bakıda avtobuslar toqquşdu - VİDEO
Buzlu yolda idarəetməni itirən maşınlar qəzadan son anda yan keçdi - VİDEO
Buzlu yol qəzaya səbəb oldu - Kənar dairəvi yolunda sıxlıq yarandı - FOTOLAR











