Banner

Düzgün ara məsafəsi saxlamayan sürücü qəza törətdi; yaralı var - VİDEO

Qəzalar 23 İyul 2025 16:00 Oxunub 344
Düzgün ara məsafəsi saxlamayan sürücü qəza törətdi; yaralı var    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bərdədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 23-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 45-BX-902 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın, 99-NU-618 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə toqquşub. Qəzaya səbəb “Mercedes” sürücüsünün düzgün ara məsafəsi təyin etməməsi olub. Hadisə zamanı sürücülərdən biri xəsarət alıb, nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Yaralı yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh